Yuxarı

Bəzi qatarların hərəkət qrafiki dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəzi qatarların hərəkət qrafiki dəyişdi

Sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün bu gündən Azərbaycanda bəzi dəmir yolu marşrutları üzrə qatarların hərəkət cədvəlində dəyişiklik qüvvəyə minib.

Axar.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin məlumatına əsasən, yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə uyğun təşkil ediləcək.

Yeni qrafikə əsasən, həftənin iş günlərində reyslərin sayı optimallaşdırılacaq və bu marşrut üzrə gündəlik 84 reys yerinə yetiriləcək. Şənbə və bazar günləri isə qatarlar əvvəlki hərəkət cədvəli ilə fəaliyyət göstərəcək.

Eyni zamanda, iyulun 1-dən Bakı-Balakən-Bakı marşrutu üzrə də qatarların yola düşmə saatı dəyişdirilir. Yeni cədvələ əsasən, qatar Bakıdan saat 23:30-da (əvvəlki 23:50 əvəzinə), Balakəndən isə saat 21:10-da (əvvəlki 22:00 əvəzinə) yola düşəcək.

Sərnişinlər qatarların yenilənmiş hərəkət cədvəli ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi internet səhifəsində tanış ola bilərlər.

Tarix
2026.07.01 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla