Yuxarı

Rektorun nazirə zarafatla dediyi sözlərin mənası - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rektorun nazirə zarafatla dediyi sözlərin mənası - Video

ADA Universitetində tələbələrlə keçirilən görüş zamanı rektor Hafiz Paşayevin Emin Əmrullayevə zarafatı ötən gündən müzakirə edilir.

Axar.az xəbər verir ki, akademik Hafiz Paşayev nazirlə birgə suallara cavab verməyin onun üçün də maraqlı olduğunu bildirib.

“Bu gün sizinlə birlikdə suallara cavab vermək mənim üçün də maraqlıdır. Çünki mən televiziyada sizin suallara cavablarınızı izləyirəm, hərdən heç mən başa düşmürəm nə deyirsiniz”, - akademik deyib.

Hafiz Paşayev daha sonra fikrini davam etdirib və qeyd edib ki, auditoriya xatalı şeydir, həssas məsələdir və bəzən dediyin fikri fərqli formada qəbul edir.

Akademik panel müzakirəsində çıxışa da etiraz edib və problemi dilə gətirməyin adi bir iş olduğunu, əsas məsələnin həll yolu təklif etmək olduğunu vurğulayıb.

H.Paşayev əslində bütün ideyaların, nəzəri yanaşmaların praktikaya bir an tez tətbiqi və nəticə əldə etməyə hədəflənən pedaqoq yanaşması sərgiləyir. Özü də vurğulayır ki, problemləri hər kəs görür, əsas məsələ bundan çıxış yolu və həll modelidir.

Məsələni ali təhsildən öncə orta məktəb müstəvisində də dəyərləndirmək olar. Onillərdir ki, Azərbaycanda paralel və pullu təhsil var və getdikcə də inkişaf edir, alaq otu kimi bütün cəmiyyəti sarıb, məktəbləri sürətlə sıradan çıxarır. Hər kəs bu problemi görür, danışır, amma fundamental həll yolunu təklif edib, ciddi praktik addımlar atılmır.

Akademik Hafiz Paşayevin bu mövqeyi əslində ciddi müzakirələrlə həll modelinin tapılması və tətbiqinin zəruriliyinə çağırışdır.

Tarix
2026.07.02 / 14:48
Müəllif
Axar.az
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla