Yuxarı

Dövlətə xəyanətlə həbs edilən ilahiyyatçı azadlıqda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlətə xəyanətlə həbs edilən ilahiyyatçı azadlıqda

Ötən il ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində həbs edilən "Təkamül" Tərcümə Mərkəzinin rəhbəri, aparıcı Ceyhun Cəfərov azadlığa buraxılıb.

Bu barədə Trend-ə C.Cəfərovun vəkili Cavad Cavadov məlumat verib.

O bildirib ki, məhkəmə C.Cəfərovun həbsdən azad edilməsi barədə prokurorluq orqanının təqdimatına baxıb və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Məhkəmənin qərarı ilə C.Cəfərov azadlığa buraxılıb.

Xatırladaq ki, C.Cəfərov 2015-ci ilin mart ayında MTN əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilib.

İlahiyyatçı C.Cəfərov İslam Universitetində dərs deyib, "Speys" telekanalında "Gecə söhbətləri" dini verilişində aparıcı, "Təkamül" Tərcümə Mərkəzinin direktoru olub, eyni zamanda Həcc ziyarəti zamanı QMİ tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib.

Tarix
2016.09.30 / 14:12
Müəllif
Axar.az
Digər xəbərlər

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla