Yuxarı

Rəqəmsal inkişafın yeni mərhələsi başlayıb - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəqəmsal inkişafın yeni mərhələsi başlayıb - Deputat

Hazırda ölkəmizdə rəqəmsal inkişafın yeni mərhələsi başlayıb. Yeni dünya innovasiya məkanında öz layiqli yerini tutmaq üçün ölkəmiz mühüm dövlət konsepti olan "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya"nı təsdiq edib və sənədin icrası istiqamətində çoxistiqamətli tədbirlər həyata keçirilməkdədir. Strategiya rəqəmsal transformasiyanın strateji əhəmiyyətini nəzərə alaraq dövlət idarəetməsi, infrastruktur, innovasiya ekosistemi və kibertəhlükəsizlik sahələrində prioritet tədbirlər müəyyən edir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, iyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında vurğulandığı kimi qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən Yol xəritəsi müəyyən olunub və yeni yaradılan Şuranın əsas vəzifəsi bu istiqamətdə əlaqələndirici rol oynamaqdır. Şuranın vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. “Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır”-deyə, Mehriban xanım Əliyeva iclasda vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün Azərbaycanda güclü rəqəmsal arxitektura mövcuddur. Son illər ərzində “Elektron hökumət”in formalaşması, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsinin aparılması, “Elektron hökumət”in fəaliyyəti üçün vacib əhəmiyyət kəsb edən dövlət informasiya sistemləri və ehtiyatlarının yaradılması istiqamətində mühüm işlər görülüb, müasir informasiya-kommunikasiya texnologiyalarının, telekommunikasiya qurğularının və innovasiyaların geniş tətbiqi nəticəsində qabaqcıl texnoloji infrastruktur qurulub. “Mygov” platformasının xidmət dairəsinin genişləndirilir, son üç ayda istifadəçilərin sayının 2,7 milyondan 3,5 milyona çatdırılıb. Eləcə də, dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə “Hökumət buludu” yaradılıb, dövlət informasiya sistemlərinin və elektron xidmətlərin vahid platforma üzərindən inteqrasiyası təmin edilib. Bu yanaşma dövlət idarəçiliyində xərclərin azaldılmasına, xidmətlərin optimallaşdırılmasına və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə şərait yaradıb. Ölkənin data mərkəzi, yəni “dövlət cloudu” (“Hökumət Buludu”) tam şəkildə qurulub. Ehtiyat və əsas olmaqla Bakı və Yevlax şəhərlərində biz prosesə başladıqda təxminən 50 dövlət müəssisəsi burada öz rəqəmsal ehtiyatlarını yerləşdirirdisə, artıq bu gün bu rəqəm 270-ə çatdırılıb. “SİMA” Biometrik İmzanın təqdim edilməsi ilə 4 milyon istifadəçi, nadir istifadəçi artıq son üç il ərzində bu imzadan istifadə edir. “SİMA”nın təqdim edilməsi dövlət xidmətləri ilə yanaşı, özəl şirkətlərin, xüsusilə də bankların işini bir xeyli asanlaşdırıb.

“Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması məqsədilə ən qabaqcıl rəqəmsal şirkətlərlə təcrübə mübadilələri həyata keçirilir, rəqəmsal sənayeyə sərmayələr yatırılır. Bu prosesdə daha böyük nailiyyətlər əldə etmək üçün dövlət-özəl-elm üçbucağının qurulması olduqca vacibdir. Xüsusilə də, biznes cəmiyyəti bu proseslərin hərəkətverici qüvvəsi olmalıdır. Rəqəmsal iqtisadiyyatın inkişafına dair strategiya sənədində də əks olunduğu kimi bu prosesdə elm və iqtisadi blok arasında koordinasiyalı fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə ali təhsil müəssisələrində rəqəmsal bacarıqlara və qlobal səviyyədə tanınan rəqəmsal yönümlü sertifikatlaşdırma standartlarına əsaslanan təhsil proqramlarının hazırlanması, İKT üzrə karyera quran kadrları həvəsləndirmək üçün illik İKT təqaüd proqramlarının təsis edilməsi, rəqəmsallaşma istiqaməti üzrə elmi tədqiqat işlərinin doktorantura səviyyəsində dəstəklənməsi üçün əhatəli tədbirlər həyata keçiriləcək”,-deyən Samir Vəliyev əlavə edib ki, süni intellekt (Sİ) sahəsində də fəaliyyətin gücləndirilməsi üçün infrastrukturun və insan resurslarının inkişafı nəzərdə tutulur. Məqsəd Sİ-nin bütün sahələrdə tətbiqini genişləndirməkdir. Sİ layihələrinə dövlət investisiyasının stimullaşdırılması üçün vergi, gömrük və sosial sığorta güzəştləri tətbiq olunacaq.

“Beləliklə, Rəqəmsal İnkişaf Şurası rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi istiqamətində hədəf prinsiplərinə çatmaqda mühüm rol oynayacaq. Bütün bunlar ölkəmizin qlobal reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılmasına və beynəlxalq indekslərdə daha yüksək nəticələr əldə olunmasına əhəmiyyətli təsir göstərəcək”,- deyə deputat vurğulayıb.

Tarix
2026.07.03 / 18:35
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla