Yuxarı

Anar Əliyev Ronald Praysla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Əliyev Ronald Praysla görüşdü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Axar.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ötən dövrdə əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə birgə icra olunan layihələrin əhəmiyyətini vurğulayıb. O, Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olduğunu bildirib.

Həssas qrupların kiçik biznesə çıxış imkanlarına yiyələnmələrində xüsusi önəm kəsb edən bu Layihənin uğurlu icrası işlərindən bəhs edilib. Əlilliyin qiymətləndirilməsi sisteminin, əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətlərində həyata keçirilmiş əməkdaşlığın önəmi vurğulanıb.

Son illər ölkəmizdə aparılan sosial islahatların uğurları, DOST Konsepsiyasının üstünlükləri qeyd edilib. Sosial sahədə rəqəmsal həllərin geniş tətbiqi işlərinə, icra olunan aktiv məşğulluq proqramlarına, icbari tibbi sığorta sistemində aparılan islahatlara dair məlumat verilib.

Roland Prays ötən dövrdə görülmüş birgə işlərlə, “Məşğulluğa Dəstək Layihəsi”nin icrası ilə bağlı müsbət fikirlərini bölüşüb. Görüşdə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tarix
2026.07.03 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycan ilə Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla