Yuxarı

“AzerGold” heyəti Şəhidlər xiyabanını ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“AzerGold” heyəti Şəhidlər xiyabanını ziyarət etdi

“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə dövlət şirkəti və onun törəmə müəssisələri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.

Axar.az xəbər verir ki, ziyarət çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər qoyularaq onun elmi irsinə və insanlığa xidmət edən zəngin həyat yoluna hörmət ifadə olunub.

Daha sonra ziyarətçilər Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin minnətdarlıq və ehtiramla anılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamına uyğun olaraq təsis edilən “AzerGold” 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq, fəaliyyətə başlayıb. Artıq 10 ildir Azərbaycanın yeraltı sərvətlərinin səmərəli və dayanıqlı idarə olunması istiqamətində fəaliyyət göstərən Səhmdar Cəmiyyəti faydalı qazıntı yataqlarının kəşfi, tədqiqi, qiymətli metalların hasilatı, yerli və beynəlxalq bazarlarda satışı ilə milli iqtisadiyyata və sosial inkişafa davamlı töhfələr verir.

Tarix
2026.07.05 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında... - Foto

Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı - Video

İlham Əliyev “Avaza” kompleksinə gəldi - Foto

Ümidvaram ki, Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla