Yuxarı

Ölkəmizə görünməyən hücumlar: hər saat olur… - Çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizə görünməyən hücumlar: hər saat olur… - Çağırış

Son 150 illik tariximizə nəzər saldıqda tez-tez rast gəldiyimiz ifadələrdən biri də “gec qalmaq” anlayışıdır. Təhsil sahəsində gecikmişik, dövlət quruculuğunda müəyyən mərhələlərə gec başlamışıq, ictimai proseslərdə zaman-zaman geridə qalmışıq. Bütün bunlar sonrakı taleyimizə və inkişafımıza ciddi təsir göstərib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Məhz buna görə də rəqəmsal texnologiyalar sahəsində gecikməyə yol vermək olmaz. Əvvəllər hansısa prosesdə 5-10 il geri qalmağın müəyyən mənada kompensasiyası mümkün idi. Lakin bu gün rəqəmsal dünyada hətta bir gün, bəzən isə bir neçə saat geridə qalmaq belə ölkənin digər dövlətlərlə rəqabət qabiliyyətinə ciddi təsir göstərir. İnformasiya təhlükəsizliyinə yanaşmamızı da dəyişməliyik. Zahid Orucun da qeyd etdiyi kimi, təhlükəsizlik artıq yalnız sərhədlərin tanklarla qorunması demək deyil. Bu gün hər saat Azərbaycan informasiya məkanına müxtəlif xarici mərkəzlərdən informasiya təsirləri yönəldilir. Bu təsirləri şərti olaraq “informasiya dronları” adlandırmaq olar. Onlar hiss etdirmədən cəmiyyətimizin ən həssas və strateji sahələrinə təsir göstərməyə çalışırlar. Məhz buna görə də bu cür rəqəmsal təhdidlərin qarşısının alınması üçün informasiya təhlükəsizliyi sistemimizi daha da gücləndirməliyik. Bu istiqamətdə xüsusilə rəqəmsal tədqiqatların inkişafı böyük əhəmiyyət kəsb edir”.

Deputat qeyd edib ki, Konstitusiyamızın 7-ci maddəsində Azərbaycan dövlətinin iki fundamental prinsipi təsbit olunub: ölkəmizin unitar və dünyəvi dövlət olması:

“Unitar dövlət prinsipini Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində ərazi bütövlüyümüzün bərpası ilə təmin etdik. Lakin dünyəvi dövlət prinsipinin qorunması da ən azı unitar dövlət prinsipinin qorunması qədər vacibdir.

Son dövrlər xüsusilə müxtəlif xarici mərkəzlərdən, Azərbaycan diasporunun yaşadığı ölkələrdən və müxtəlif ideoloji platformalardan ölkəmizə təsir göstərməyə yönəlmiş cəhdlər müşahidə olunur. Təəssüf ki, bəzi hallarda bu məsələyə ölkə daxilində də lazımi həssaslıq göstərilmir. Məsələn, yaxın vaxtlarda keçirilən qarışıq döyüş növləri üzrə yarışlardan birində Azərbaycanı təmsil edən idmançının arenaya milli musiqi sədaları ilə deyil, dini mərsiyə fonunda çıxması, zalda bunun ideoloji nümayişə çevrilməsi və qələbədən sonra Azərbaycan bayrağından daha çox dini şüarların ön plana çəkilməsi narahatlıq doğuran hallardır. Əgər belə meyillər ardıcıl şəkildə davam edərsə, gələcəkdə Azərbaycanın dünyəvi dövlət prinsiplərinin zədələnməsi riski yarana bilər. Məhz buna görə də hesab edirəm ki, informasiya təhlükəsizliyi və rəqəmsal müdaxilələrlə bağlı qanunvericilik hazırlanarkən Konstitusiyamızda təsbit olunmuş dünyəvi dövlət prinsipinin qorunması da xüsusi həssaslıqla nəzərə alınmalı və bu istiqamətdə hüquqi mexanizmlər daha da gücləndirilməlidir”.

Tarix
2026.07.07 / 15:23
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla