Yuxarı

Şirvan Kərimovun Rusiya vətəndaşlığı ləğv olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şirvan Kərimovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycanın Rusiyanın Samara vilayətindəki diasporunun rəhbəri Şirvan Kərimovun Rusiya Federasiya vətəndaşlığı ləğv olunub.

Axar.az APA-ya istinadla xəbər verir ki, Rusiya vətəndaşlığı ləğv olunan Şirvan Kərimovun hazırda Azərbaycanda olduğu bildirilib.

RF vətəndaşlığının ləğv olunması barədə məlumatın ona Azərbaycanda olarkən verildiyi məlum olub.

Qeyd edək ki, Rusiyadakı Azərbaycan diasporu 1 ildən çoxdur ki, təqiblərə məruz qalır. Bu müddət ərzində Moskva da daxil olmaqla, Rusiyanın bir sıra regionlarında fəaliyyət göstərən Azərbaycan diasporlarının rəhbərlərinin RF vətəndaşlığı ləğv olunub və onların ölkədən çıxarılması barədə qərar qəbul olunub.

Ötən ilin sentyabrında RF vətəndaşlığı ləğv olunmuş Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun isə bir müddət əvvəl ölkədən deportasiya olunması üçün miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirildiyi barədə məlumat yayılıb.

Tarix
2026.07.07 / 16:39
Müəllif
Axar.az
Digər xəbərlər

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla