Yuxarı

AzerGold QSC vətəndaşlara xəbərdarlıq etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AzerGold QSC vətəndaşlara xəbərdarlıq etdi - Foto

Son dövrlər sosial media platformalarında və müxtəlif internet resurslarında “AzerGold” QSC-nin adından istifadə edilməklə saxta investisiya və reklam kampaniyalarının təşkili hallarının yenidən aktivləşdiyi müşahidə olunur.

Axar.az xəbər verir ki, bu kampaniyaların əsas məqsədi vətəndaşların dövlət şirkətinə olan etibarından sui-istifadə etməklə onların maliyyə və şəxsi məlumatlarını ələ keçirmək, eləcə də maliyyə vəsaitlərini mənimsəməkdir. Bu cür fəaliyyətlər fişinq xarakterli kiberdələduzluq hücumlarının tərkib hissəsidir.

Kiberdələduzlar “AzerGold” QSC-ni guya yüksək gəlir vəd edən investisiya layihələrinin təşkilatçısı kimi təqdim edir, şirkətin korporativ üslubundan, loqosundan və rəhbər şəxslərinin görüntülərindən qanunsuz istifadə edir, həmçinin rəsmi internet səhifəsini təqlid edən saxta veb-saytlara və keçidlərə yönləndirirlər. Bəzi hallarda vətəndaşlarla xarici ölkələrə məxsus telefon nömrələri və ya mesajlaşma tətbiqləri vasitəsilə əlaqə saxlanılaraq onlardan bank kartı rekvizitləri, şəxsiyyət vəsiqəsi məlumatları, birdəfəlik təsdiq kodları və digər məxfi məlumatlar tələb edilir.

“AzerGold” QSC bildirir ki, şirkət sosial şəbəkələr və ya digər qeyri-rəsmi platformalar vasitəsilə investisiya cəlb etmir, vətəndaşlardan maliyyə və ya bank məlumatları tələb etmir və bu cür saxta kampaniyalarla heç bir əlaqəsi yoxdur.

Bütün bunlar nəzərə alınaraq, vətəndaşlara “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı məlumatları yalnız şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür hallarla qarşılaşdıqda şübhəli keçidlərə daxil olmamağı, fərdi və maliyyə məlumatlarını paylaşmamağı, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik.

Tarix
2026.07.16 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

Bu ölkələrlə investisiya fondları yaratdıq: yüz milyonlarla dollar...

Türkmənbaşıda sənədlərin imzalanması mərasimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla