Yuxarı

Baharlıda mina təhlükəsinə dair maarifləndirmə sessiyası...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baharlıda mina təhlükəsinə dair maarifləndirmə sessiyası...

Ağdam rayonunun Baharlı qəsəbəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükələrə dair maarifləndirmə sessiyası təşkil olunub.

Axar.az xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Ağdam rayon bölməsinin könüllüləri tərəfindən məcburi köçkünlərin yığcam şəkildə müvəqqəti məskunlaşdıqları ərazilərdə "qapı-qapı" formatında həyata keçirilən sessiyaların məqsədi sakinlər arasında mina və partlamamış hərbi sursatlarla bağlı məlumatlılığı artırmaq, təhlükəsiz davranış vərdişlərini təşviq etmək və mümkün risklərin qarşısının alınmasına töhfə vermək olub.

Könüllülər yaşayış evlərini ziyarət edərək mina və partlamamış hərbi sursatlarla bağlı təhlükələr, təhlükəli ərazilərin tanınması, qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanların mənası, eləcə də təhlükəli hallarla qarşılaşdıqda əməl edilməli davranış qaydaları barədə sakinlərə ətraflı məlumat veriblər. Eyni zamanda, müraciət edilə biləcək aidiyyəti dövlət qurumları və əlaqə vasitələri barədə məlumat təqdim olunub, maarifləndirici broşürlər paylanılıb və sakinlərin sualları cavablandırılıb.

Sakinlər həyata keçirilən maarifləndirmə sessiyalarının əhəmiyyətini yüksək qiymətləndirərək bu cür tədbirlərin onların təhlükəsizlik barədə biliklərinin artırılmasına mühüm töhfə verdiyini bildiriblər.

Qeyd edək ki, maarifləndirmə sessiyası Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Tarix
2026.07.16 / 17:54
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

Bu ölkələrlə investisiya fondları yaratdıq: yüz milyonlarla dollar...

Türkmənbaşıda sənədlərin imzalanması mərasimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla