Yuxarı

Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutuldu

Bu il Baş İdarə üzrə aidiyyəti dövlət qurumlarına, müəssisə və təşkilatlara ümumilikdə 67 təqdimat göndərilib, 34 halda vətəndaş və vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib.

Axar.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2026-cı ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində qeyd edilib.

Bildirilib ki, təqdimatların baxılmasının nəticəsi olaraq qanun pozuntularının aradan qaldırılması, gələcəkdə təkrar törədilməsinin qarşısının alınması və təqsirli vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb olunması istiqamətində müvafiq tədbirlər görülüb.

Əməliyyat qurumları tərəfindən 38 cinayət işi başlanıb. Keçirilmiş 15 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutulub, habelə axtarışda olan şəxslərdən 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Tarix
2026.07.16 / 19:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

Bu ölkələrlə investisiya fondları yaratdıq: yüz milyonlarla dollar...

Türkmənbaşıda sənədlərin imzalanması mərasimi...

Japarov açıqladı: Bu mühüm tədbir Bakıda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla