Yuxarı

Odessada həlak olan gəmi kapitanının nəşi tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Odessada həlak olan gəmi kapitanının nəşi tapıldı

Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş “Atlas Bey” mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessaya gətirilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, müvafiq zəruri tədbirlər yekunlaşan kimi cənazə ölkəmizə yola salınacaq.

"Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - məlumatda bildirilib.

Xatırladaq ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin Okean Maritime şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub. Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülürdü. İyulun 15-də gəminin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən Vətənə yola salınıb.

Tarix
2026.07.16 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

Bu ölkələrlə investisiya fondları yaratdıq: yüz milyonlarla dollar...

Türkmənbaşıda sənədlərin imzalanması mərasimi...

Japarov açıqladı: Bu mühüm tədbir Bakıda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla