Yuxarı

Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı

Azərbaycan Ermənistana plastik kütlədən hazırlanmış tikinti materiallarının ixracına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatlar Azərbaycanın Dövlət Statistika Komitəsinin hesabatında yer alıb.

Statistik göstəricilərə əsasən, təkcə iyun ayı ərzində Ermənistana 5,91 min ABŞ dolları dəyərində 1,39 ton plastik tikinti detalları göndərilib.

​Ümumilikdə, 2026-cı ilin yanvar-iyun ayları ərzində Azərbaycan tərəfindən Ermənistana ixrac edilən məhsulların ümumi dəyəri 17 milyon 128,64 min dollar təşkil edib. Eyni dövr ərzində Ermənistandan Azərbaycana dolayı yolla idxal olunan malların həcmi 960 dollar məbləğində qeydə alınıb. Bununla belə, iyun ayında Ermənistandan Azərbaycana hər hansı məhsul tədarükü həyata keçirilməyib.

​Cari ilin birinci yarısında Azərbaycanın xarici ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 24 milyard 661 milyon dollara çatıb. Hesabat dövründə ixracın həcmi 16 milyard 320 milyon dollar, idxal isə 8 milyard 341 milyon dollar təşkil edib. Bir il ərzində ölkənin ixrac göstəriciləri 26,7% yüksəldiyi halda, idxalın həcmi 27,6% azalıb.

​Qeyd olunan müddətdə xarici ticarətin müsbət saldosu 5,9 dəfə artaraq 7 milyard 979 milyon dollara bərabər olub.

Tarix
2026.07.16 / 21:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

Bu ölkələrlə investisiya fondları yaratdıq: yüz milyonlarla dollar...

Türkmənbaşıda sənədlərin imzalanması mərasimi...

Japarov açıqladı: Bu mühüm tədbir Bakıda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla