Yuxarı

Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər

Son bir ildə Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 13 faizdən çox, mobil internetin sürəti isə 36 faizədək artıb.

Axar.az xəbər verir ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib ki, genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” iyun ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.

Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 92,18 Mb/s, mobil internetin median sürəti isə 98,61 Mb/s olub. İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 10,82 Mb/s (13,3 faiz), mobil internetin sürəti 26,09 Mb/s (35,98 faiz) artıb.

İnkişaf etmiş şəhərlərin müqayisəsinə gəlincə, iyunda Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 92,34 Mb/s, mobil internetin median sürəti isə 119,04 Mb/s olub.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 13,56 Mb/s (17,21 faiz), mobil internetin sürəti 30,84 Mb/s (34,97 faiz) artıb.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.

Tarix
2026.07.16 / 23:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

Bu ölkələrlə investisiya fondları yaratdıq: yüz milyonlarla dollar...

Türkmənbaşıda sənədlərin imzalanması mərasimi...

Japarov açıqladı: Bu mühüm tədbir Bakıda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla