Yuxarı

Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığıyla Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində idman federasiyalarının nümayəndələri arasında balıq ovu festivalı baş tutub.

Axar.az xəbər verir ki, tədbirdə 20 idman federasiyasının nümayəndələri iştirak edərək balıq ovu üzrə bacarıqlarını nümayiş etdiriblər. Yarış iştirakçıları müəyyən olunmuş vaxt ərzində daha çox və ölçüsü daha uzun olan balıq tutmaq uğrunda mübarizə aparıblar.

Yarışın yekununda kişilər arasında Azər Məhərrəmov (Azərbaycan Qol Güləşi Federasiyası) bütün rəqiblərini qabaqlayıb. Vüsal Qurbanov (Azərbaycan Su İdman Növləri Federasiyası) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Cavad Cavadov (Gənclər və İdman Nazirliyi) isə 3-cü yerin sahibi olub.

Qadınlar arasında 1-ci yerə Şəfəq Kərimova (Azərbaycan Voleybol Federasiyası) layiq görülüb. Ədibə Əliyeva (Azəridmanservis) 2-ci, Samirə Ağayeva (Azərbaycan Boks Federasiyası) isə 3-cü yer tutub.

Qaliblər Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Festival iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və idman ictimaiyyətinin nümayəndələri arasında ünsiyyətin genişlənməsinə, dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyası bundan sonra da idmanın və sağlam həyat tərzinin təşviqinə xidmət edən bu cür tədbirlərin keçirilməsini davam etdirəcək.

Tarix
2026.07.17 / 13:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

Bu ölkələrlə investisiya fondları yaratdıq: yüz milyonlarla dollar...

Türkmənbaşıda sənədlərin imzalanması mərasimi...

Japarov açıqladı: Bu mühüm tədbir Bakıda keçiriləcək

Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə...

Prezident “Avaza” kompleksində - Foto

İlham Əliyev Türkmənistana getdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla