Yuxarı

Sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başladı

Culfa rayon Yaycı bələdiyyəsinin sədri vəzifəsində işləmiş Zülfüqar Abbas oğlu Zülfüqarovun qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən Baş Prokurorluğa daxil olmuş materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanıb.

Naxçıvan MR Prokurorluğundan Axar.az-a verilən məlumata görə, istintaqla Zülfüqar Zülfüqarovun 2020-2024-cü illərdə qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə torpaq sahələrinin mülkiyyət və icarəyə verilməsi qaydalarını pozması nəticəsində bələdiyyə büdcəsinə 93 min manatdan artıq məbləğdə zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə etməklə, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə bələdiyyənin adından torpaq icarəsi və satışı ilə bağlı bələdiyyə iclas qərarlarına bələdiyyə üzvlərinin adından imza etməsi, həmin sənədləri bələdiyyənin möhürü ilə təsdiqləməsi və sonradan bu sənədlərdən istifadə etməsinə dəlalət edən mötəbər sübutlar əldə edilib.

Zülfüqar Zülfüqarova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Culfa rayon Məhkəməsinə göndərilib.

Tarix
2026.07.17 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

Bu ölkələrlə investisiya fondları yaratdıq: yüz milyonlarla dollar...

Türkmənbaşıda sənədlərin imzalanması mərasimi...

Japarov açıqladı: Bu mühüm tədbir Bakıda keçiriləcək

Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə...

Prezident “Avaza” kompleksində - Foto

İlham Əliyev Türkmənistana getdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla