Yuxarı

“ABB-Qarabağ FK” kobrend kartını ABB-dən sifariş etmək olar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“ABB-Qarabağ FK” kobrend kartını ABB-dən sifariş etmək olar

ABB futbol azarkeşlərinin çoxdan gözlədikləri “ABB-Qarabağ FK” kobrend kartını bazara təqdim edib. Bu kart ABB ilə Qarabağ Futbol Klubu və Mastercard arasındakı tərəfdaşlıq çərçivəsində hazırlanıb.

“ABB-Qarabağ FK” kobrend kartı müştərilərə həm bank xidmətlərindən, həm də Klubun təqdim etdiyi eksklüziv üstünlüklərdən yararlanmaq imkanı verir. Kart sahibləri Qarabağ Futbol Klubunun Avropa oyunlarına biletləri erkən əldə edə, komandanın məşqlərində iştirak edə, məşqdən sonra futbolçularla foto çəkdirə, “Azərsun Arena” və Klub bazasına təşkil olunan turlara qatıla bilərlər.

Bundan başqa, kart sahibləri Qarabağ Futbol Klubunun rəsmi “Fanşop”unda bütün məhsullara, o cümlədən outlet məhsullarına 10% endirim qazanır, xüsusi kampaniya günlərində isə promokod vasitəsilə əlavə 5% endirimdən yararlana bilirlər. Aktiv kart istifadəçiləri aylıq dövriyyələrinə əsasən, 15 AZN dəyərində “Fanşop” hədiyyə kartı qazanmaq imkanı da əldə edirlər.

Kart sahibləri həmçinin “Liv Bona Dea” və “Dreamland” məkanlarında, eləcə də seçilmiş partnyor mağazalarda xüsusi endirimlərdən faydalanırlar.

“ABB-Qarabağ FK” kobrend kartının bütün üstünlükləri ilə buradan tanış olmaq və kartı həm həmin səhifədən, həm də ABB mobile tətbiqindən onlayn sifariş vermək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Tarix
2026.07.17 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla