Yuxarı

Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq

Bakıda təcili tibbi yardım xidmətinin operativliyinin artırılması məqsədilə yeni layihəyə start verilib. Layihə çərçivəsində təcili tibbi yardım xidmətində motosikletlərdən istifadə olunacaq.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, dünyanın bir sıra ölkələrində tətbiq edilən bu model paytaxtda da təcili tibbi yardım briqadalarının hadisə yerinə daha qısa müddətdə çatmasına imkan yaradacaq.

Yeni sistemə əsasən, motosikletlə hərəkət edən tibb işçisi hadisə yerinə ənənəvi ambulansdan daha tez çataraq xəstəyə ilkin tibbi yardımı göstərəcək və zəruri hallarda vəziyyəti stabilləşdirən müdaxilələri həyata keçirəcək. Bu isə xüsusilə həyati təhlükə yaradan hallarda vaxt itkisinin minimuma endirilməsinə xidmət edəcək.

Son illər Bakıda nəqliyyat sıxlığının artması fonunda motosikletlə təcili tibbi yardım xidmətinin daha səmərəli fəaliyyət göstərəcəyi gözlənilir. Çünki motosikletlər sıx şəhər trafikində maneələri daha çevik keçərək hadisə yerinə qısa zamanda çata bilir.

Məlumata görə, xidmətə cəlb ediləcək motosikletlər avtomatik xarici defibrilyator, oksigen balonu, travma çantası, reanimasiya avadanlıqları və təcili tibbi yardım üçün zəruri dərman preparatları ilə təchiz ediləcək.

Tarix
2026.07.21 / 09:07
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Bu halda III Zəfər Tağı İrəvanda ucaldıacaqdı

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla