Yuxarı

Keçmiş köçkün 1 otaqlı mənzillə təmin olunub? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş köçkün 1 otaqlı mənzillə təmin olunub? - Video

Dövlət Komitəsi Badara kəndində mənzillə bağlı yayılan iddialara aydınlıq gətirib.

Axar.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə Xocalı rayonunun Meşəli kəndindən məcburi köçkün düşmüş Rasim Papoy oğlu Vəliyevin qardaşı Məzahir Vəliyev tərəfindən Xocalı rayonunun Badara kəndində ailənin 3 otaqlı mənzil əvəzinə 1 otaqlı mənzillə təmin olunması barədə iddialar yayılıb.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirib ki, aparılmış araşdırma zamanı həmin iddiaların əsassız olduğu müəyyən edilib.

Məlum olub ki, Rasim Papoy oğlu Vəliyev və ailə üzvləri əvvəllər Goranboy rayonunda yaşayış sahəsi ilə təmin olunublar. Daha sonra Böyük Qayıdış Proqramı çərçivəsində ailənin beş nəfərdən ibarət olması nəzərə alınaraq onlar Xocalı rayonunun Badara kəndində normativ tələblərə uyğun 3 otaqlı mənzillə təmin ediliblər.

Məsələ ilə bağlı Dövlət Komitəsinin əməkdaşları tərəfindən sözügedən mənzilə yerində baxış keçirilib. Baxış zamanı mənzilin 3 otaqdan ibarət olduğu və sosial şəbəkələrdə yayılan iddiaların həqiqəti əks etdirmədiyi müəyyən olunub.

Dövlət Komitəsi bir daha vurğulayıb ki, Böyük Qayıdış Proqramı çərçivəsində vətəndaşların yaşayış sahələri ailə tərkibi və qüvvədə olan normativ tələblər əsasında müəyyən edilir.

Komitə media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini bu kimi məsələlərlə bağlı məlumatları yayarkən yalnız rəsmi mənbələrə istinad etməyə və dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verməməyə çağırır.

Tarix
2026.07.27 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla