Yuxarı

"İdrak" işi: Şagirdin atası barədə qərar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İdrak" işi: Şagirdin atası barədə qərar...

"İdrak" liseyində müəllimin güllələnməsində ittiham olunaraq həbs edilən yeniyetmənin atası barədə qərar verilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Binəqəsi rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, təqsirləndirilən Samir Şiriniov Cinayət Məcəlləsinin 230-cu maddəsində (Odlu silahı diqqətsiz saxlama - red.) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilib.

Qeyd edək ki, Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə hazırda məhkəmə araşdırması davam edir.

Hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib. Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Ə.Ş-yə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.

Tarix
2026.07.28 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla