Yuxarı

Cəza çəkən şəxs məhkum yoldaşını buna görə öldürüb...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəza çəkən şəxs məhkum yoldaşını buna görə öldürüb...

Cəzaçəkmə müəssisəsində məhbusu öldürməkdə təqsirləndirilən Nurullah Əkbərlinin cinayət işi üzrə məhkəmənin növbəti prisesi keçirilib.

Axar.az Unikal.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyev sədrliyi ilə keçirilən baxış iclasinda təqsirləndirilənə sərbəst ifadə üçün söz verilib.

Nurullah Əkbərli cəza çəkdiyi çəzaçəkmə müəssisəsində məhkum yoldaşını qətlə yetirməyini şəxsi münasibətlər zəminində baş verdiyini vurğulayaraq hadisənin detallarını məhkəmə zalında açıqlamaq istəməyib.

Buna baxmayaraq hakim və prokurirun suallarinı cavablandırarkən məlum olub ki,tərəflər arasindaki insidentə səbəb qarşı tərəfin Nurullah Əkbərlini daim güdməsi və sonda isə ona əxlaqsız təklif etməsi olub.

Təqsirləndirilənin dediyinə görə bununla baglı Xəqaniyə bir neçə dəfə xəbərdarlıq etsə də o əməlini davam etdirib.

Sonda isə Nurlan hazırladığı bizlə Xəqaniyə zərbələr endirərək onu qətlə yetirib.

Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin noyabrın 10-da, Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə müəssisəsində baş verib. Müəssisədə cəza çəkən məhkum Nurullah Əkbərli şəxsi münasibətlər zəminində digər məhkum Xəqani Şükürovu özünün hazırladığı kəsici-deşici alətlə qətlə yetirib.

Nurullah Əkbərli barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri ilə yekun ittiham elan olunub.

Tarix
2026.08.04 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla