Yuxarı

Yanlış reklam və etiketləmə halları aşkarlandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanlış reklam və etiketləmə halları aşkarlandı - Video

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sərinləşdirici içkilər bazarında aparılmış monitorinqlər və təhlillər nəticəsində müəyyən edilib ki, bəzi sərinləşdirici içkilərin etiketlənməsi, qablaşdırılması və reklamında istifadə olunan vizual və mətn elementləri istehlakçılarda bu məhsulların energetik içki olması barədə yanlış təsəvvür formalaşdırır.

Bu barədə Axar.az-a AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, bu cür məhsulların təqdimatında aqressiya, güc, dominantlıq, yüksək fiziki performans, sürət və üstünlük kimi anlayışları ifadə edən təsvirlərdən, simvollardan, heyvan obrazlarından, adlardan və digər dizayn elementlərindən istifadə edilir. Eyni zamanda, reklam materiallarında idmançıların və yüksək fiziki aktivliyə malik şəxslərin yer alması istehlakçılarda məhsulun energetik və ya idman içkisi olduğu barədə yanlış təəssürat yarada bilər:

"Monitorinqlər zamanı bəzi sərinləşdirici içkilərin qablaşdırılmasında energetik içkilər üçün nəzərdə tutulmuş xəbərdarlıq və məhdudiyyətlərin də əks olunduğu müəyyən edilib. Belə ki, məhsulların üzərində "18 yaşdan aşağı şəxslərə satışı qadağandır", "Alkoqollu içkilərlə birlikdə və ya qarışdırılaraq istifadə edilməməlidir", "Hamilə və süd verən qadınlara, eləcə də müəyyən xəstəlikləri olan şəxslərə istifadəsi tövsiyə edilmir", "Gündəlik 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir" kimi ifadələrə rast gəlinir. Halbuki bu xəbərdarlıqlar yalnız energetik içkilər üçün müəyyən edilmiş xüsusi tələblərdir və onların adi sərinləşdirici içkilərin üzərində istifadə olunması istehlakçıların çaşdırılmasına səbəb ola bilər".

AQTA istehsalçıların, idxalçıların və reklam subyektlərinin diqqətinə çatdırır ki, məhsulların etiketlənməsi, qablaşdırılması və reklamında istehlakçıları çaşdıran, məhsulun faktiki xüsusiyyətləri barədə yanlış təsəvvür yaradan vizual və mətn elementlərindən istifadə edilməməlidir.

"İstehlakçılara tövsiyə olunur ki, məhsul alarkən etiket məlumatlarını diqqətlə oxusunlar. Məhsulun energetik içki olub-olmadığını müəyyən etmək üçün etiket üzərində "Energetik içki" qeydinin mövcudluğuna diqqət yetirilməsi vacibdir", - məlumatda vurğulanıb.

Tarix
2026.08.04 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla