Yuxarı

20 Yanvar abidəsi zibilliyə döndü: İH-dən açıqlama - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
20 Yanvar abidəsi zibilliyə döndü: İH-dən açıqlama - Video

2026.08.07. 14:02

Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində yerləşən, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş abidə baxımsız vəziyyətdədir.

Sosial şəbəkədə yayılan videoda ərazidə uzun müddətdir təmizlik və abadlıq işləri aparılmadığı, ətrafda antisanitar vəziyyət yarandığı, yaşıllıq sahələrinin məhv olduğu görünür.

Həmçinin qaz kəsildiyi üçün abidənin önündəki əbədi məşəl sönüb, bulaqlara isə su gəlmir.

Məsələ ilə əlaqədar Axar.az-a açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə baş məsləhətçisi Gülnar Rzayeva bildirib ki, abidənin ərazisi artıq təmizlənib.

“Ərazidəki əbədi məşəlin qaz təchizatının bərpası ilə bağlı qaz idarəsi ilə danışılıb. Qaz təchizatı bərpa olunacaq. Həmçinin ərazidəki bulaqla bağlı su idarəsinə də müraciət edilib və hazırda idarədən cavab gözləyirik. Cavab alındıqdan sonra bulaqla bağlı su işləri də bərpa olunacaq”, - o qeyd edib.

Tarix
2026.08.08 / 13:15
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla