Yuxarı

Balakəndə zəncirvari qəza: ana və oğlu öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Balakəndə zəncirvari qəza: ana və oğlu öldü

10:27

Balakəndə avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Katex kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Hunday", KİA və "Toyota" markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, xəsarət alanlar var.

İlkin məlumata görə, hadisə zamanı "Hunday" markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Məryəm Kamil qızı Hoorsova, "Toyota" markalı avtomobilin sərnişini Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüb. Digər ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Qəza nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Balakən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan iki kişi Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Hazırda müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.

Hadisə nəticəsində üç nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

APA-nın məlumatına görə, qəzada ölənlər - Rəşad Mütəllibov və Məryəm Hoorsova ana-baladır.

Tarix
2026.08.10 / 11:54
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla