Yuxarı

Tiflisdən Bakıya bilet tapılmır? - Gürcüstandan açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdən Bakıya bilet tapılmır? - Gürcüstandan açıqlama

Tiflis-Bakı istiqamətində əlavə reyslərin təyin edilməsi ilə bağlı Gürcüstan Dəmir Yolları tərəfindən hər hansı çətinlik mövcud deyil.

Axar.az xəbər verir ki, bu barədə Report-a Gürcüstan Dəmir Yollarından məlumat verilib.

Qurumun açıqlamasında bildirilir ki, Gürcüstan və Azərbaycan dəmir yolları Tiflis-Bakı və Bakı-Tiflis istiqamətlərində əlavə sərnişin reyslərinin təyin edilməsi üzərində iş aparır.

Qeyd olunub ki, sözügedən istiqamətdə əlavə reyslərin təyin olunması və qəbul edilməsi ilə bağlı Gürcüstan Dəmir Yolları tərəfindən hər hansı maneə mövcud deyil.

"Hazırda tərəflər arasında bununla bağlı müvafiq iş prosesi aparılır", - qurumdan əlavə olunub.

"Gürcüstan Dəmir Yollarının məlumatına görə, əlavə reyslərin təyin olunacağı tarixlər barədə məlumat ictimaiyyətə açıq şəkildə elan ediləcək.

Qeyd edək ki, Tiflis-Bakı sərnişin qatarına tələbatın yüksək olması səbəbindən biletlərin əldə edilməsi ilə bağlı son günlər sosial şəbəkələrdə müxtəlif müraciətlər və şikayətlər də yayılıb.

Tarix
2026.08.12 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla