Yuxarı

“Nar” beynəlxalq konfransa dəstək verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” beynəlxalq konfransa dəstək verdi

12-14 oktyabr 2016-cı il tarixdə Bakıda texnika sahəsində çalışan mütəxəssislərin beynəlxalq qeyri-kommersiya assosiasiyası olan və radioelektronika, elektrotexnika, hesablama sistemləri və şəbəkələri standartlarının hazırlanması sahəsi üzrə bir dünya lideri hesab edilən Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (Institute of Electrical and Electronics Engineers – IEEE) "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi" (Application of Information and Communication Technologies – AICT-2016) mövzusundakı 10-cu beynəlxalq konfransı keçirilib.

"Nar"dan Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilən üçgünlük elmi konfrans Qafqaz Universitetinin tədris binasında, Bakı Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda keçirilib.

İnformasiya texnologiyalarının inkişafı və innovasiyalara xüsusi önəm verən "Nar" bu mötəbər tədbirə dəstək verərək, forumun təşkilatçıları arasında yer alıb. Konfransın açılış mərasimində çıxış edən "Azərfon" şirkətinin texniki və informasiya texnologiyaları üzrə baş müdiri Xəyyam Həsənli informasiya texnologiyaları sahəsindəki yeni trendlərin mobil rabitədə tətbiqi və innovasiyalara meyl edən "Nar" operatorunun bu sahədəki böyük və uğurlu təcrübəsindən söhbət açıb. Çoxsaylı yerli və xarici qonaqların iştirak etdiyi tədbir dəyərli elmi müzakirələr və geniş təcrübə mübadiləsi formatında keçirilib.

Tarix
2016.10.12 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla