Yuxarı

Bakıya 200 milyard dollar investisiya yatırılıb...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya 200 milyard dollar investisiya yatırılıb...

Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb.

Axar.az Trend-ə istinadla xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib.

“Maraqlı məqam ondan ibarətdir ki, son 20 ildə şəhərə 200 milyard dollardan çox investisiya yatırılıb. Bu proses davam edir və inkişaf edir”, – deyə E.Əzizov bildirib.

E.Əzizov qeyd edib ki, bu gün Bakı aqlomerasiya ilə birlikdə üç milyondan çox sakini əhatə edir.

Onun sözlərinə görə, şəhərdə Heydər Əliyev Mərkəzi, Bakı Olimpiya Stadionu və “Alov qüllələri” də daxil olmaqla, müasir memarlığın yeni nümunələri yaradılıb.

E.Əzizov vurğulayıb ki, Bakı təkcə inkişaf edən meqapolis deyil, həm də şəhər infrastrukturuna investisiya yatırımları üçün platformadır.

“Ən əsası isə şəhər təhlükəsizdir. Üstəlik, təhlükəsizlik yalnız küçələrdə asayiş, təmizlik və hüquq-mühafizə sisteminin səmərəli fəaliyyəti ilə təmin olunmur. Bakı həmçinin şəhər infrastrukturuna investisiya yatırımları üçün təhlükəsiz şəhərdir”, – deyə o bildirib.

Tarix
2026.08.22 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla