Yuxarı

Bakıda yanğın: 36 yaşlı kişinin meyiti tapıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yanğın: 36 yaşlı kişinin meyiti tapıldı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Axar.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bir neçə ailənin yaşadığı ümumi sahəsi 700kv.m.olan bir dam altında tikilmiş birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bir dam altında tikilmiş bir neçə ailənin yaşadığı taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları 150kv.m. sahədə, bitişik yerləşən ümumi sahəsi 100 kv.m. olan qarajın konstruksiyaları 10kv.m. sahədə yanıb. Yanğın yerinin müayinəsi zamanı 1990-cı il təvəllüdlü Fərid Əliyar oğlu Tapdıqovun meyiti aşkar olunub.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Tarix
2026.08.26 / 10:06
Müəllif
Axar.az
Digər xəbərlər

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla