Yuxarı

Qayıdan xatirələr... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qayıdan xatirələr... - Video

Bu, məcburi köçkünlüyün kədərli, nisgilli, ancaq sonu xoşbəxtliklə bitən hekayələrindəndir. Laçın rayonunun Mirik kəndindən olan Balakişiyevlər ailəsinin işğaldan əvvəlki və Qələbədən sonrakı foto və videolarının dili, ailə üzvlərinin xatirələri ilə canlandırılan bir hekayə...

Axar.az xəbər verir ki, Ermənistanın hərbi təcavüzü onları dağlar qoynunda yaşadıqları sevincli və bərəkətli günlərdən ayırıb, çöllərə salmış, ağır şəraitdə yaşamağa məcbur etmişdi.

Müzəffər Azərbaycan Ordusu düşməni məğlub edib torpaqlarımızdan qovduqdan sonra Mirik kəndindəki evlərinin xarabalıqları qalmış həyəti belə Balakişiyevlər ailəsi üçün keçmişin ab-havasını yaşadan əziz bir məkandır.

Xoş günlərin qayıdışı ailəni qürurlandırır və tezliklə doğma yurdda yaşayacaqlarına inam yaradır.

Videoçarx Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlanıb.

Tarix
2026.08.26 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla