Yuxarı

“Şuşada bir gün” adlı tədbir keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şuşada bir gün” adlı tədbir keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ DOST Evi şöbəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Şuşada bir gün” adlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə keçirilən tədbirdə Qarabağ DOST Evinin həssas kateqoriyalardan olan benefisiarları, onların valideynləri və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri iştirak ediblər.

Tədbir çərçivəsində həssas kateqoriyalardan olan uşaq və gənclərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib. İştirakçılar təsviri incəsənət, bədii oyma, toxuma və tikmə istiqamətləri üzrə təşkil olunan master-klaslarda iştirak edərək praktiki bacarıqlar əldə ediblər.

Proqramın davamında onlar üçün Üzeyir Hacıbəylinin ev-muzeyinə və Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına ekskursiya, Şuşa şəhərinin mərkəzi meydanı ilə tanışlıq məqsədilə infotur da təşkil edilib.

Tədbirin sonunda “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən iştirakçılara xatirə hədiyyələri təqdim olunub.

Tarix
2026.08.26 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla