Yuxarı

Mehriban Əliyeva qızı ilə məktəbin açılışında - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva qızı ilə məktəbin açılışında - Foto

Avqustun 26-da Bakıda Bilgəh incəsənət məktəbinin açılışı olub.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli incəsənət məktəbində görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Bilgəh incəsənət məktəbi Bilgəh qəsəbə Mədəniyyət Evi, 27 nömrəli uşaq musiqi məktəbi və Sabunçu rayon mərkəzləşdirilmiş kitabxana sisteminin 10 nömrəli kitabxana filialının fəaliyyətlərinin optimallaşdırılması nəticəsində yaradılıb.

Qeyd edək ki, Bilgəh qəsəbə Mədəniyyət Evinin inzibati binası 1987-ci ildə inşa olunduğundan ötən müddət ərzində köhnələrək istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 220 yerlik yeni məktəb binası inşa olunub.

Zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz edilən təhsil müəssisəsinin binasında musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltaraşlıq, dizayn otaqları, xoreoqrafiya və akt zalları, qarderob, kitabxana və yeməkxana var.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri də görülüb.

Tarix
2026.08.26 / 16:24
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla