Yuxarı

Xətaidə muğam axşamı təşkil olundu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətaidə muğam axşamı təşkil olundu - Video

"26 avqust-Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü" münasibətilə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “Muğam axşamı” adlı təntənəli konsert proqramı keçirilib.

Axar.az xəbər verir ki, milli-mənəvi dəyərlərimizin korifeyi olan muğam sənətinin təbliği və sakinlər üçün asudə vaxtın səmərəli təşkili məqsədilə baş tutan tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Razi Nurullayev, Müşfiq Məmmədli, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açıq səma altında təşkil edilən mədəniyyət tədbirində Xalq artistləri Mələkxanım Eyubova, Nəzakət Teymurova, Əməkdar artistlər Teyyar Bayramov, Cabir Abdullayev və ölkənin tanınmış xanəndələrinin ifasında milli muğamlar, təsniflər və xalq mahnıları təqdim olunub. Yüksək peşəkarlıqla icra olunan musiqi nömrələri tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Xətai rayonunda sakinlərin asudə vaxtının səmərəli təşkili və zəngin mədəni irsimizin təbliği məqsədilə bu qəbildən olan tədbirlərin keçirilməsi artıq il boyu davam edən gözəl bir ənənə halını alıb.

Tarix
2026.08.27 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Azərbaycan İrana uçuşları dayandırıb?

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla