Yuxarı

Kirayə mənzillərin qiyməti nə qədər artacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kirayə mənzillərin qiyməti nə qədər artacaq?

Kirayə mənzil hazırda əsas problemdir. Nəyə görə? Çünki tələb və bazarın təklifi arasında çox böyük uyğunsuzluq var. Hər il 50 mindən çox abituriyent tələbə adını qazanır və mövsümi qaydada avqustun ikinci yarısından başlayaraq sentyabrın birinci yarısına qədər daşınmaz əmlak bazarının kirayə seqmentinə müraciət edirlər.

Axar.az xəbər verir ki, bunu Unikal.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, müraciətlərin sayının çoxalması qiymətlərin artmasına səbəb olur:

"Düzdür, mövcud iqtisadi vəziyyət bir çox tələbələrin tək yox, bir neçə tələbə birləşərək birlikdə mənzil kirayə etməsini zəruri edir və bu da müraciətlərin əvvəlki illə nisbətən daha çox olmasının qarşısını alır. Amma bununla belə, bazara müraciətlər varsa, qiymət artımı təbiidir. Bu da ötən illə müqayisədə təqribən 5-10% qiymət artımının baş vermə ehtimalını yaradır. Adətən bazarda qiymətlər ənənəvi olaraq hər il əvvəlki illərə nisbətən bu qədər artır. Bu artıq daimi faiz artımına çevrilib. "28 May-Nizami" sahəsində qatarların hərəkəti dayandırıldığı üçün həmin əraziyə müraciət edənlərin də digər ərazilərə müraciət etməsi nəticəsində kirayə coğrafiyasında müəyyən dəyişikliklər baş verib.

Bu istiqamətə az, digər istiqamətə isə çox müraciətlər olacağı ehtimal olunur. Bəzi yerlərdə hətta 15% qiymət artımı ola biləcəyi ehtimalı var. Bunu artıq bazar hiss edir, bazarda kifayət kadar fərqli qiymətlər təklif olunur. Baha qiymətlərə rahat kirayə tapmaq mümkündür. Amma tələbələrin sosial vəziyyətini, əksəriyyətin rayonlardan gəldiyini nəzərə alsaq, ailə durumu, ailənin maliyyə vəziyyəti və s. nəzərə alındığı halda çox ciddi məhdudiyyətlər var. Əgər yataqxanalar tikilməsə, dövlət qurumları tərəfindən və yaxud özəl sektor yataqxanalarının tikilməsi üçün təşviq edilməsə, universitetlər mərkəzdən regionlara aparılmasa, bu problem hər il kifayət kadar şişəcək".

Tarix
2026.08.28 / 11:57
Müəllif
Axar.az
Digər xəbərlər

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla