Yuxarı

Baş Prokurorluq hansı məscidi nəzərdə tutub? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş Prokurorluq hansı məscidi nəzərdə tutub? - Video

Baş Prokurorluğun Mətbuat xidmətinin Buzovnada dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrində qanunsuz yenidənqurma işləri aparıldığına dair bəyanatında konkret ünvan göstərilməyib.

Axar.az Yeni Sabah-a istinadla xəbər verir ki, prokurorluq Mədəniyyət Nazirliyindən daxil olmuş məlumatlar əsasında cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparıldığını bəyan edib.

“Buzovna qəsəbəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan məsciddə müvafiq razılaşdırma aparılmadan yenidənqurma işlərinin görüldüyü aşkarlanıb” - deyilsə də, dini ibadətgahın adı dəqiqləşdirilməyib.

“Aşkar edilmiş qanun pozuntularının təkrarlanmasının qarşısının alınması məqsədilə həmin əməllərə yol vermiş şəxslərə prokuror təsir aktı olan xəbərdarlıq elan olunub”, - deyə prokurorluğun məlumatında daha sonra qeyd olunub.

Buzovna sakini, əməkdar artist Mirzə Ağabəyli bildirib ki, sözügedən yenidənqurma işlərinin aparıldığı yer Buzovna Cümə Məscidinin ərazisi olub.

“4 aydır ki, qazıntı işləri aparırdılar. Deyirdilər ki, asfalt çəkiləcək, onun üçündür. Qazırdılar, örtürdülər, təzədən qazırdılar. Camaat məscidə gedə bilmirdi. Məscidin həyətinə maşınla girib-çıxmaq mümkün deyildi. Sakinlər əziyyət çəkirdi. Dünəndən, avqustun 28-dən etibarən işlər dayandırıldı”, - deyə M.Ağabəyli vurğulayıb.

Buzovna Cümə Məscidinin axundu Soltan Əlizadə məsələyə münasibət bildirməsə də, məscidin 2009-cu ildə aparılan bərpa işlərindən sonrakı açılışı ilə bağlı görüntülər paylaşıb.

Tarix
2026.08.29 / 20:29
Müəllif
Axar.az
Digər xəbərlər

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

İlham Əliyev müşavirə keçirdi

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla