Yuxarı

Hacıyev rəqəmləri açıqladı: 32 kütləvi məzar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıyev rəqəmləri açıqladı: 32 kütləvi məzar...

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib.

Axar.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında yazıb.

"Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi dərin humanitar və milli əhəmiyyət kəsb edən məsələ olaraq qalır. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş kimi qeydiyyatdadır.

Məsələ Zati-aliləri Prezident İlham Əliyevin daim diqqət və qayğısı altındadır. Dövlət başçısı tərəfindən qoyulan vəzifələrə uyğun olaraq, Dövlət Komissiyası itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı, aşkarlanması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və qalıqlarının on illərlə davam edən qeyri-müəyyənlikdən sonra ailələrə qaytarılması üçün sistemli səylərini davam etdirir.

Şahidlərin ifadələri yoxlanılır, güman edilən dəfn yerləri araşdırılır, kütləvi məzarlıqlar qazılır və aşkar edilmiş qalıqlar məhkəmə və DNT müayinəsi ilə araşdırılır. Bu günə qədər 32 kütləvi məzar tapılıb və 328 nəfər itkin DNT müayinəsi ilə müəyyən edilib.

Bununla əlaqədar olaraq, Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi, o cümlədən dəfn yerləri barədə dəqiq və əhatəli məlumatın verilməsi vacib olaraq qalır. Belə əməkdaşlıq ilk növbədə humanitar öhdəlikdir və minlərlə ailənin onilliklər boyu davam edən qeyri-müəyyənliyə son qoymaq üçün vacibdir.

Çətin relyefə, hava şəraitinə, eləcə də mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrə baxmayaraq, axtarış əməliyyatları bütün mövcud resurslar və qabaqcıl texnologiyalarla davam edir.

Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var.

Hər itkin düşmüş şəxsin adı var.

Hər ailə cavab almağa layiqdir", - paylaşımda qeyd olunub.

Tarix
2026.08.30 / 13:29
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla