Yuxarı

Həkimlərin maaş artımı bunun inkişafına səbəb olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkimlərin maaş artımı bunun inkişafına səbəb olacaq

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.

Mövzu ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov Axar.az-a açıqlamasında bildirib ki, tibb işçilərinin əməkhaqlarının artırılmasını çox müsbət və eyni zamanda strateji əhəmiyyət daşıyan addım kimi qiymətləndirir.

Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın təşəbbüsü və cənab Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu islahat yalnız həkimlərin və digər tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması demək deyil. Bu, bütövlükdə səhiyyənin ən qiymətli resursu olan insan kapitalına qoyulan sərmayədir.

“Əməkhaqqının artırılması, xüsusilə də iş yükü, ixtisas və regionlarda mövcud kadr ehtiyacı nəzərə alınmaqla diferensial yanaşmanın tətbiqi həkimlərin motivasiyasına, peşəkar kadrların sistemdə saxlanmasına və regionlara cəlb edilməsinə müsbət təsir göstərə bilər. Çünki yaxşı tibbi xidmət yalnız müasir bina və avadanlıqla deyil, ilk növbədə bilikli, təcrübəli və əməyinin qarşılığını görən tibb işçisi ilə mümkündür.

Əlbəttə, tibbi xidmətin keyfiyyəti yalnız əməkhaqqından asılı deyil; davamlı tibbi təhsil, düzgün idarəetmə, müasir infrastruktur, iş şəraiti və keyfiyyətə nəzarət də paralel inkişaf etməlidir. Amma tibb işçisinin əməyinin layiqincə qiymətləndirilməsi bütün bu prosesin əsas şərtlərindən biridir.

Nəticə etibarilə, bu gün tibb işçisinə edilən investisiya sabah Azərbaycanın ən ucqar regionunda yaşayan vətəndaşın daha keyfiyyətli tibbi xidmət almasına yönəlmiş investisiyadır”, - o vurğulayıb.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli isə saytımıza açıqlamasında deyib ki, qarşıdakı mərhələdə əməkhaqqının artırılması ilə yanaşı, davamlı tibbi təhsilin, peşəkar inkişafın, şəffaf karyera modelinin və əməyin obyektiv qiymətləndirilməsi mexanizmlərinin daha da təkmilləşdirilməsi səhiyyəmizin inkişafına yeni dinamika verə bilər:

“İlkin səhiyyə xidmətlərinin və ailə həkimliyi institutunun gücləndirilməsi, regionlarda ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığın artırılması, rəqəmsal səhiyyənin inkişafı və profilaktik təbabətin genişləndirilməsi də qarşıdakı dövrün əsas istiqamətləri sırasında olmalıdır.

Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan səhiyyəsində aparılan islahatların yeni mərhələsi həm tibb işçilərinin sosial rifahının, həm də vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəlməsi ilə nəticələnəcək.

Bu təşəbbüsü təkcə əməkhaqqının artırılması barədə sosial qərar deyil, Azərbaycan həkiminə və bütövlükdə tibb ictimaiyyətinə verilən yüksək dəyərin ifadəsi kimi qiymətləndirirəm. Tibb ictimaiyyətinin nümayəndəsi olaraq belə bir təşəbbüsün irəli sürülməsi bizdə xüsusi məmnunluq yaradır və düşünürəm ki, bu qərar minlərlə tibb işçisinin əməyinə verilən qiymətin çox mühüm ifadəsidir”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanıb.

Tarix
2026.09.02 / 17:58
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla