Yuxarı

ABB-dən yaşıl enerji layihələrinə agent bank dəstəyi!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB-dən yaşıl enerji layihələrinə agent bank dəstəyi!

Azərbaycan dövlətinin 2032–ci ilədək 8 QVt–lıq yaşıl enerji hədəfinə uyğun olaraq ABB ölkəmizdə həyata keçirilən yaşıl enerji layihələrində yaxından iştirak edir. Bank hazırda “Masdar”, “ACWA” və “Universal Solar” şirkətlərinin Azərbaycanın müxtəlif regionlarında həyata keçirdiyi layihələrə agent bank kimi dəstək verir.

Bu layihələrdən biri “Masdar” şirkətinin Biləsuvar rayonunda həyata keçirdiyi 445 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsidir. Bu layihə təxminən 190 000-dən çox evin elektrik enerjisi ilə təmin olunmasına, illik 393 000 tondan çox CO₂ emissiyasının qarşısının alınmasına imkan verəcək.

ABB “Masdar” şirkətinin Neftçala rayonunun Bankə qəsəbəsində yaratdığı 315 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsinə də dəstək verir. Stansiya 140 000-dən çox evi elektrik enerjisi ilə təmin edəcək. İllik 280 000 ton CO₂ emissiyasının qarşısını alacaq.

Bank həmçinin “ACWA” şirkəti ilə tərəfdaşlıq əsasında Abşeron-Xızı rayonunda quruda külək enerjisi layihəsinin yaradılmasına dəstək verir. 240 MVt gücündə layihə sayəsində 300 000-dən çox ev yaşıl elektrik enerjisi ilə təmin ediləcək, illik 400 000 tondan çox CO₂ emissiyasının qarşısı alınacaq.

ABB-nin dəstəyi ilə uğurla reallaşdırılan daha bir yaşıl enerji layihəsi isə Qaradağ rayonunda 100 MVt gücündə günəş enerjisi layihəsidir. Bu layihə təxminən 50 000 evin elektrik enerjisi ilə təmin edilməsinə, illik 146 500 tondan çox CO₂ emissiyasının qarşısının alınmasına kömək göstərəcək.

Beləliklə, ABB-nin agent bank rolu ilə reallaşdırılan yaşıl enerji layihələrinin ümumi həcmi ölkəmizin 2032-ci ilə qədər qarşıya qoyduğu hədəfin ilkin mühüm hissəsidir.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Tarix
2026.09.02 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla