Yuxarı

Seneqallı nazir DOST Mərkəzi ilə tanış oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Seneqallı nazir DOST Mərkəzi ilə tanış oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan Seneqal Respublikasının dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diantenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Axar.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə DOST Agentliyinin 1 saylı DOST Mərkəzi ilə tanış olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən yaradılan DOST Agentliyi və DOST Mərkəzləri barədə məlumat verib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan yaratdığı vurğulanıb.

Nümayəndə heyəti üçün DOST xidmətləri və ölkəmizin sosial sahədə rəqəmsal nailiyyətləri barədə təqdimatlar edilib.

Keçirilən ikitərəfli görüşdə Anar Əliyev Azərbaycanla Seneqal arasında münasibətlərin qarşılıqlı hörmət və dostluq ruhunda inkişaf etdiyini, əmək və sosial müdafiə sahələrində də əlaqələrin genişlənməsi üçün imkanların olduğunu vurğulayıb. Nümayəndə heyətinə Azərbaycanda sosial sahədə aparılan islahatlar barədə məlumat verilib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin Təşkilata üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün əhəmiyyətli platforma olduğu bildirilib.

DOST modelinin beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyi qeyd edilib. Seneqal tərəfinin də DOST konsepsiyasına maraq göstərdiyi diqqətə çatdırılıb. Əmək münasibətləri, DOST Mərkəzlərinin yaradılması və xidmətlərin rəqəmsallaşdırılması sahəsində təcrübəmizi Seneqal tərəfi ilə bölüşməyə hazır olduğumuz bildirilib.

İkitərəfli münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edən Mamadou Lamine Diante aparılan islahatlar prosesində iki nazirlik arasında əməkdaşlığın genişləndirilməsində, ardıcıl təcrübə mübadilələrinin aparılmasında maraqlı olduqlarını vurğulayıb.

Görüşdə əmək və məşğulluq, sosial dialoqun inkişafı, sosial xidmətlərin rəqəmsallaşdırılması istiqamətlərində gələcək əməkdaşlıq, bu sahələrdə təcrübə mübadilələrinin aparılması, iki nazirlik arasında əməkdaşlığın hüquqi bazasının yaradılması məsələləri müzakirə edilib.

Tarix
2026.09.03 / 18:15
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla