Yuxarı

Vanuatu Fransanın bu iddialarına görə BƏM-ə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vanuatu Fransanın bu iddialarına görə BƏM-ə müraciət etdi

Vanuatu Fransanın davam etdirdiyi müstəmləkəçi siyasətinə və yurisdiksiyasında olduğu Metyu və Hanter adaları üzərində irəli sürdüyü qanunsuz ərazi iddialarına etiraz olaraq Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) rəsmi müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupundan bildirilib.

Qeyd edilib ki, müraciətdə Vanuatu ilə Fransanın müstəmləkə əsarətində olan Kanaki (Yeni Kaledoniya) arasında dəniz sərhədlərinin delimitasiyası məsələsinin həll edilməsi tələbi də yer alır.

Bildirilib ki, Vanuatu ilə Fransa arasında adaların statusu və Vanuatu–Kanaki dəniz sərhədinin delimitasiyası ilə bağlı üç dəfə danışıqların keçirilib:

"Buna baxmayaraq, proses Fransanın məsələnin beynəlxalq hüququn fundamental prinsipləri əsasında ədalətli və hüquqi həllinə konstruktiv yanaşmaması, Vanuatunun suverenliyini nəzərə almaması və müstəmləkəçilikdən miras qalan ərazi iddialarını davam etdirilməsi səbəbindən nəticəsiz qalıb".

Qeyd edək ki, Vanuatu Sakit okeanın cənub-qərbində, Melaneziya regionunda yerləşən ada dövlətidir. Ölkə təxminən 83 adadan ibarət arxipelaqdır və Avstraliyanın şimal-şərqində, Yeni Kaledoniyanın şərqində yerləşir. Metyu və Hanter adaları isə Sakit okeanın cənub-qərbində, Vanuatunun cənub adaları ilə Fransanın müstəmləkə əsarətində olan Kanaki (Yeni Kaledoniya) arasında yerləşən iki kiçik, lakin strateji əhəmiyyətli adadır.

Ümumi quru sahəsi 1,3 km² olan bu adaların hüquqi statusu yalnız suverenlik məsələsi ilə məhdudlaşmır, onların mənsubiyyəti ətrafındakı ərazi sularının, müstəsna iqtisadi zonanın (350 000 km²) və kontinental şelfin müəyyənləşdirilməsinə, habelə Vanuatu ilə Kanaki arasında dəniz sərhədinin delimitasiyasına birbaşa təsir göstərir. Adaların ətrafında təxminən 350 000 km²-lik müstəsna iqtisadi zonanın mövcudluğu onların strateji və iqtisadi əhəmiyyətini daha da artırır.

Kanakinin müstəqillik tərəfdarı qüvvələri Vanuatunun Metyu və Hanter adaları ilə bağlı mövqeyini dəfələrlə dəstəkləyib. Bu mövqe 2009-cu ildə Vanuatu hökuməti ilə Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi arasında imzalanmış Kéamu razılaşmasında rəsmiləşdirilib və sonrakı illərdə də təsdiqlənib. 2026-cı ilin mayında FLNKS lideri Kristian Tein bu dəstəyi yenidən ifadə edib. Həmçinin, Yeni Kaledoniyanın Adət Senatı 2009-cu ildə adaların Vanuatu ilə bağlılığını tanıyıb.

Tarix
2026.09.03 / 18:26
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla