Yuxarı

Ölkəmizə qarşı dezinformasiya kampaniyası aparılır - Bəyanat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizə qarşı dezinformasiya kampaniyası aparılır - Bəyanat

Son dövrlər bir sıra Qərb media resurslarında Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatların yayılması kampaniyası müşahidə olunur.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, mənzil-qərargahı Polşada yerləşən “Nexta” kanalı sentyabrın 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğınla bağlı subyektiv mülahizələrə əsaslanan, hadisəni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb.

Agentlik vurğulayıb ki, aparılan təhlillər baş verənlərin vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasının tərkib hissəsi olduğunu göstərir:

“Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrid müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır”.

MEDİA-nın mövqeyinə görə, regionda qonşu dövlətlər arasında münasibətlərin normallaşması, sabitliyin və firavanlığın möhkəmlənməsi müəyyən dairələrin maraqlarına cavab vermədiyindən, Azərbaycanın informasiya məkanını çirkləndirmək və cəmiyyətdə süni təşviş yaratmaq məqsədi daşıyan dezinformasiya hallarının intensivliyi artıb.

Agentlik qeyd edib ki, ümumi informasiya mühitinin monitorinqi və təhlili zamanı Böyük Britaniyanın “İndependent” və “Quardian“ qəzetlərində, BBC-də, ABŞ-ın CNN telekanalında, Fransanın “Le Monde” qəzetində, Polşanın TVP telekanalında və digər media resurslarında Azərbaycanla bağlı birtərəfli yanaşma və əsassız mülahizələrin yer aldığı materialların yayıldığı müəyyən edilib.

MEDİA bunu Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsi kimi qiymətləndirib və bu qəbildən olan fərziyyə və iddiaların yayılmasını informasiya manipulyasiyasının təzahürü adlandırıb.

Agentlik Azərbaycanın suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna kölgə salmağa yönəlmiş halların araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində müvafiq tədbirlərin davam etdiriləcəyini bildirib.

Tarix
2026.09.03 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla