Yuxarı

"Təzə soğan" yükündən 25 kq narkotik çıxdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Təzə soğan" yükündən 25 kq narkotik çıxdı - Video

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Axar.az komitəyə istinadla xəbər verir ki, İdarənin "Biləsuvar" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "təzə soğan" yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı üzərinə yük yığılan taxta paletlərin alt hissəsində kustar üsulla düzəldilən saxlanc yerində gömrük nəzarətindən gizlədilən 80 bağlamada xalis təmiz çəkisi 25 kiloqram 570 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.09.04 / 10:01
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla