Yuxarı

“Azərsun Holdinq” bu mövzuda təlim keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsun Holdinq” bu mövzuda təlim keçirdi

“Azərsun Holdinq” media nümayəndələrinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və müasir texnologiyaların media fəaliyyətində tətbiqi məqsədilə təlim təşkil edib.

Axar.az xəbər verir ki, “Süni intellekt dövründə effektiv sayt idarəetməsi” mövzusunda təşkil olunun təlim “Proxima Tech Solutions” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Təlimdə media nümayəndələri üçün süni intellekt platformalarında məzmunun görünürlüyünün artırılması, saytların effektiv idarə olunması və rəqəmsal mühitdə daha geniş auditoriyaya çatmaq üçün istifadə olunan müasir yanaşmalar barədə məlumat verilib.

“Proxima Tech Solutions” mütəxəssisləri tərəfindən iştirakçılara süni zəka sistemləri üzərindən axtarışlar zamanı yazılarının ilk sırada görünməsi üçün diqqət yetirilməli əsas məqamlar izah olunub.

Təlim çərçivəsində süni intellektin inkişafının rəqəmsal media mühitinə təsiri, keyfiyyətli və düzgün strukturlaşdırılmış məzmunun hazırlanmasının əhəmiyyəti, həmçinin müasir axtarış alqoritmlərinin tələbləri barədə fikir mübadiləsi aparılıb. Sonda isə təlim iştirakçılarına sertifikat təqdim olunub.

Qeyd edək ki, şirkətlər qrupu tərəfindən daha əvvəl də media nümayəndələri üçün “Azərbaycan dilində mətn yaradılmasında süni intellekt alətlərindən istifadə” mövzusunda təlim keçirilib.

Tarix
2026.09.04 / 11:23
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla