Yuxarı

Növbəti güzəştli mənzil satışı nə vaxt olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Növbəti güzəştli mənzil satışı nə vaxt olacaq?

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti güzəştli mənzil satışının ilin sonuna planlaşdırılması gözlənilir.

Axar.az xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Cəmşid Əmirov Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışının başlaması ilə əlaqədar jurnalistlərə açıqlamasında deyib.

“Qeyd olunan satışda hansı layihələrdə mənzillərin olacağı barədə məlumatlar müvafiq qaydanın tələblərinə uyğun olaraq ən azı satışa 30 gün qalmış, yəni 30 gün öncədən elanlarda veriləcək. Bu məlumat həm Agentliyin rəsmi internet səhifəsində, eyni zamanda müxtəlif media resurslarında öz əksini tapacaq”, - deyə o bildirib.

C.Əmirov eyni zamanda bildirib ki, bugünkü mənzil seçimi ilə bağlı bizim tərəfimizdən bir neçə yenilik tətbiq olunub:

“Bunlardan biri mənzil seçimi prosesində, yəni bu prosesin daha effektiv həyata keçirilməsi üçün mənzil sifarişi ərizəsinin imzalanmasının tələb olunmamasıdır. Bu da öz növbəsində vətəndaş üçün əlavə vaxt itkisinin qarşısını alacaq və prosesin daha effektiv həyata keçirilməsinə şərait yaradacaq”.

Onun sözlərinə görə, vətəndaş mənzilə baxış mərhələsində “Təsdiq et” düyməsini sıxdıqda dərhal ərizəçi statusunu əldə edəcək.

Tarix
2026.09.04 / 11:57
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla