Yuxarı

Bakıda narkotik çəkib maşın sürən şəxs həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda narkotik çəkib maşın sürən şəxs həbs olundu

Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı "Şevrolet" markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan, konstruksiyasında dəyişiklik etməklə və nəqliyyat vasitəsinin şüşələrinə normativ tələblərə uyğun olmayan plyonka çəkməklə idarə edən 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd edilib ki, aparılan yoxlama zamanı M.Əfəndiyevin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilib. Həmçinin sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən, M.Əfəndiyevin narkotik vasitə qəbul etdiyi müəyyənləşib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Əfəndiyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Tarix
2026.09.05 / 18:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla