Yuxarı

Mourinyonun Arda Gülər qərarı xoş qarşılanmadı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mourinyonun Arda Gülər qərarı xoş qarşılanmadı

"Real"ın baş məşqçisi Joze Mourinyonun “Real Betis”lə matçda (1:2) Arda Güləri əvəzləməsi müzakirələrə səbəb olub.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, sözügedən oyunda türkiyəli futbolçu komandasının ən yaxşılarından biri olsa da, ikinci hissənin ortalarında meydanı tərk edib. Onun əvəzinə sağ cinahda Diamonde meydana çıxıb.

İspaniyanın “AS” nəşrinin məlumatına görə, Mourinyo özü də bu qərarın ədalətsiz görünə biləcəyini etiraf edib. Portuqaliyalı mütəxəssis Gülərin ikinci sarı vərəqə alma ehtimalını əsas səbəb kimi göstərib.

Mourinyonun sözlərinə görə, “Betis”in futbolçuları ikinci hissənin əvvəlində Güləri ikinci sarı vərəqə almağa təhrik etməyə çalışa bilərdilər. Buna görə də məşqçi riskə getməyib.

Qeyd edək ki, Gülər matçda "Real"ın ən çox qol epizodu yaradan futbolçusu olub. O, 7 qol şansı yaradıb və 5 top qazanaraq müdafiə baxımdan da fəal çıxış edib. Lakin komandanın hücumçuları, xüsusilə Kilian Mbappe bu imkanlardan yararlana bilməyib.

Tarix
2026.09.05 / 18:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla