Yuxarı

Xudayarın anası iddialara aydınlıq gətirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xudayarın anası iddialara aydınlıq gətirdi

Şuşaya səfər edən bəzi turistlərin şəhərdə və şəhər ətrafında qayaların üzərinə adlarını və müxtəlif yazıları həkk etməsi ciddi narazılıq yaradıb. Bundan sonra yazıların silinməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülüb. Silinən adlar arasında şəhid Xudayar Yusifzadənin adı da olub. Bəzi jurnalistlər iddia ediblər ki, şəhidin anası buna etiraz edir.

Axar.az xəbər verir ki, Radə Yusifzadə Bakupost.az-a açıqlamasında etirazının Xudayarın adının silinməsi ilə bağlı olmadığını bildirib:

“Mən etiraz etməmişəm ki, niyə silinib. Mənim etirazım bu olub ki, o ərazidə milyonlarla ad yazılıb. Niyə məhz Xudayar və Turqutun adını paylaşıblar? Mənim etirazım bu olub. Gəlin, sizə göstərim, orada o qədər sözlər var - “Ayşə" , "Gülşən, səni sevirəm"...

Bir də o adı mən yazdırmamışam. Onu 2021-ci ildə hərbçilər yazıblar. Mən heç tanımıram ki, o hərbçilər kimlərdir.

Mən sabah Şuşa Qoruğunun rəhbəri Səmayə xanımı (Səmayə Məmmədova Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbəri deyil, qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəridir - red.) məhkəməyə verəcəyəm. Eyni zamanda bəzi jurnalistləri də. Samir adlı jurnalist yazıb ki, Xudayarın adına Abşeron rayonunda küçə verilib. And olsun Allaha, mən o küçəni heç görməmişəm, xəbərim yoxdur. Bunu haradan çıxarırlar? Bir şəhid anası da mənə ağlaya-ağlaya yazıb ki, Radə xanım, mənim şəklimi qoyub sizin haqqınızda yazıblar. Çox maraqlıdır, heç Xudayarın anasını tanımırlar, başqa adamın şəklini qoyub mənim haqqımda yazıblar.

Allah cənab Ali Baş Komandanımıza can sağlığı versin. Onun sayəsində bu torpaqlarımızı alıblar. Cənab Ali Baş Komandan şəhidlərimizin adının əbədiləşdirilməsini hər tərəfdən bəyan edib. Xudayarın oxuduğu məktəbdə büstü qoyulub. Xankəndidə Zəfər muzeyində onun adına pilləkən qoyulub. Bu gözəllikləri yaradan cənab Prezidentdir. Mən niyə hansısa qayanın üstündə silinən ada etiraz edim? Mənim sadəcə etirazım budur ki, niyə orada yüzlərlə ad yazılıb, amma Xudayarın və Turqutun adını paylaşaraq şou yaradırlar?

Bəzi saytlar paylaşım edərək məni təhqir etdirdilər. Şəhid anası kimi onların hamısına minnətdaram. Beləcə erməniqanlı şəxslərin hansı saytlarda olduğu üzə çıxdı: şəhid anasını təhqir etdilər, bunların xoşuna gəldi.

O qayalığa gələn erməniqanlılar başqa ehtiyaclarını ödəyirlər. Mənə lazımdır orada oğlumun adı? Mənim oğlumun adı tarixə yazılıb. Daşdan silmək olar, tarixdən əsla".

Tarix
2026.09.07 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla