Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı
11:11
| Ana səhifə Toplum |
|
İkinci Dünya müharibəsinin Azərbaycanda sağ qalan az sayda iştirakçılarından biri, I dərəcəli “Vətən müharibəsi” ordenli Rəşid Qasımov vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə jurnalist Nadir Yalçın məlumat paylaşıb.
O bildirib ki, R.Qasımov 102 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Rəşid Mənsim oğlu Qasımov 1924-cü il may ayının 9-da Füzuli rayonunda anadan olub. 18 yaşında İkinci Dünya müharibəsinə yollanıb, 1945-ci ildə doğulduğu rayona I qrup əlil kimi qayıdıb. O, müharibədə sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib.
R.Qasımov Vətən müharibəsinin şəhidi, baş leytenat Səid Rəşidzadənin babası, Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nofəl Qasımovun atasıdır.
|
Tarix
2026.09.07 / 10:23
|
Müəllif
Axar.az
|