Yuxarı

Ordumuzda yeni tədris ili başladı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuzda yeni tədris ili başladı - Video

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbirlər keçirilib.

Axar.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, keçirilən tədbirlərdə hərbi orkestrlərin müşayiəti ilə Dövlət Himni səsləndirilib.

Tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları, müdafiə nazirinin və Baş Qərargahın qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə bağlı əmr və direktivləri şəxsi heyətin diqqətinə çatdırıblar.

Yeni tədris ilində qabaqcıl metodlardan və yüksək texnologiyalardan geniş istifadə etməklə keçirilən təlim-məşqlərin keyfiyyətinin, eləcə də intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.

Bildirilib ki, müdafiə nazirinin tapşırığına əsasən 44 günlük Vətən müharibəsində və sonrakı döyüş əməliyyatlarında qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla tədris prosesində əsas diqqət müxtəlif iqlim, çətin relyef şəraitində, gecə və gündüz saatlarında şəxsi heyət tərəfindən müasir döyüş texnikası və silah-sursatın effektiv tətbiq edilməsi üzrə bacarıqlarının daha da artırılmasına yönəldiləcəkdir.

Maddi-texniki bazanın gücləndirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tədbiqi, əsaslı planlaşdırma və digər təşkilati məsələlərin uğurlu həlli yeni tədris dövründə döyüş hazırlığının daha keyfiyyətli təşkilinə zəmin yaradacaqdır.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Tarix
2026.09.07 / 14:19
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla