Yuxarı

“AI4Real Bootcamp” proqramı uğurla başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“AI4Real Bootcamp” proqramı uğurla başa çatdı

Azercell-in təşəbbüsü və dəstəyi ilə ADA Universitetinin təşkil etdiyi “AI4Real Bootcamp” intensiv təlim proqramı başa çatıb.

Proqram Azərbaycanın, eləcə də xarici ölkələrin universitetlərində STEAM istiqamətləri üzrə təhsil alan tələbələrin böyük marağına səbəb olub. Seçim mərhələsinin nəticələrinə əsasən, ümumilikdə 14 universiteti təmsil edən 26 tələbə proqramda iştirak hüququ qazanıb.

Proqram süni intellektin müxtəlif sahələrdə praktiki tətbiqini əhatə edib. İştirakçılar real biznes tapşırıqları üzərində işləyib, süni intellektdən istifadə etməklə biznes yönümlü həllər hazırlayıblar. Təlimlər akademik mütəxəssislərin və sənaye ekspertlərinin iştirakı ilə keçirilib.

Azercell-in Məlumat Analitikası və Süni İntellekt departamentinin baş direktoru Sabir Mərdanov telekommunikasiya sahəsində süni intellektin tətbiqinə dair real nümunələri iştirakçılarla bölüşüb, bu texnologiyaların biznes üçün yaratdığı imkanlar və praktiki faydaları barədə ətraflı məlumat verib. ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin müəllimi Samir Məmmədov, həmçinin universitetin professor-müəllim heyəti və dəvət olunmuş ekspertlər isə öz sahələrində tətbiq edilən AI həlləri və onların praktiki istifadəsi barədə danışıblar.

İntensiv təlim və praktiki sessiyalar iştirakçılara süni intellekt üzrə bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, komanda işi, problem həlli və innovativ düşüncə üzrə təcrübələrini də artırmağa imkan yaradıb.

Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Ən yüksək nəticə göstərən beş tələbə isə yeni tədris ilində Azercell və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək hakatonda birbaşa iştirak hüququ qazanıb.

Qeyd edək ki, Azercell “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda müəyyən edilmiş prioritetlərə uyğun olaraq süni intellekt əsaslı həllərin tətbiqini genişləndirir, eyni zamanda bu sahədə bilik və praktiki bacarıqlara malik yeni nəsil mütəxəssislərin yetişdirilməsini dəstəkləyir.

Tarix
2026.09.07 / 15:38
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla