Yuxarı

Gəncə avtoşları həbs edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncə avtoşları həbs edildi - Foto

Gəncədə yol hərəkəti qaydalarını pozaraq müxtəlif ərazilərdə və toy karvanlarında avtoxuliqanlıq edən 3 nəfər saxlanılıb.

APA-nın məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi əməkdaşları şəhərin müxtəlif ərazilərində avtoxuliqanlıq edən gəncləri müəyyən edərək məsuliyyətə cəlb edib.

Saxlanılan şəxslər Gəncə şəhər sakinləri 1991-ci il təvəllüdlü Emin Bədirov Hyunday markalı avtomobillə, 1989-cu il təvəllüdlü Ruslan Səlimov VAZ-2107 ilə və Samux rayon sakini 1993-cü il təvəllüdlü Ceyhun Əliyev isə "Niva" markalı maşın ilə avtoxuliqanlıq ediblər.

DYP-nın inspektoru Hacı Həsənovun verdiyi məlumata görə, avtoxuliqanlıq edən sürücülər həm vizual qaydada, həm də təhlükəsiz şəhər kameralarının görüntüləri vasitəsiylə müəyyən edilib. Onların sürücülük hüququ məhkəmənin qərarı ilə bir il müddətində məhdudlaşdırılıb və barələrində inzibati qaydada 20 sutkalıq həbs qəti imkan tədbiri seçilib.

Yol Polisi əməkdaşları şəhərdə qayda pozan və avtoxuliqanlıq edən sürücülərə qarsı tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini bildiriblər.

Tarix
2016.10.16 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla